AZ

“Qəbələ” tarixində 900-cü qolu vurdu

“Qəbələ” tarixində 900-cü qolu vurub.

"Football-plus.az" xəbər verir ki, yubiley 1-ci liqanın 2-ci turuna təsadüf edib.

“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb. 900 qoldan 643-ü premyer-liqa, 138-i ölkə kuboku, 77-si 1-ci liqa 42-si avrokuboklarda vurulub. Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” premyer-liqada 301, ölkə kubokunda 53, 1-ci liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ”nin tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. 1-ci liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
16
football-plus.az

10Mənbələr