Sudanda vəba epidemiyasından ölənlərin sayı 348-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, epidemiya hələlik ölkənin 9 əyalətində yayılıb.
Ümumi yoluxma sayı isə 11 min 79-a çatıb.
Qeyd edək ki, ölkədə iyun ayından bəri yağan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
Şəbnəm Mehdizadə