AZ

Diaspor təşkilatlarından Niderland hökumətinə etiraz

Son yeniləmə: 20 Sentyabr 2024 13:05 BAYRAQDAR MEDİA – “13 sentyabr tarixində Niderland Krallığının hökuməti tərəfindən hazırkı səlahiyyət müddəti üçün planlarını özündə əks etdirən proqram ictimaiyyətə təqdim olunub. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub”.Diasporla İş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.Bildirilir ki, “Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları bununla bağlıetirazlarını bildiriblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətinin qərəzli mövqeyi barədə bəyanat yayıblar. Bəyanatda Azərbaycanın öztorpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb”.Məlumata görə, bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyidiqqətə çatdırılıb. Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
9
bayraqdar.info

10Mənbələr