"Qalatasaray" Almaniyada çıxış edən futbolçu ilə yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" qış "transfer pəncərəsin"də Barış Alper Yılmazın komandadan ayrılma ehtimalını nəzərə alaraq dövrələr arasında Eren Dinkçinin transferini planlaşdırıb. Bu barədə "Fanatik" məlumat yayıb.

İstanbul nəhəngi futbolçunun keçidi üçün indidən "Fraiburq"la görüşmələrə başlayıb.

Qeyd edək ki, 22 yaşlı oyunçu ötən mövsümü icarə əsasında "Haidenhaim"da keçirib.