AZ

Mərkəzi Bank bu şirkətə protokol yazdı

Mərkəzi Bank "SA Constructino" MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
112
29
valyuta.az

10Mənbələr