AZ

Bakıda 16 mərtəbəli binada yanğın başladı

Bakının Nərimanov rayonunda binada yanğın olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən on altı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub. vakansiyalar

Yanğınla əlaqədar bina sakinləri təxliyə ediliblər.

Məlumata görə, qarajda "Mercedes-Benz" markalı minik avtomobili yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
5
yenisabah.az

10Mənbələr