AZ

“İmarət” stadionunda yerli və beynəlxalq yarışların keçirilməsi üçün hərtərəfli şərait yaradılır

Ağdam, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərində inşa ediləcək “İmarət” stadionu üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulan stadion 11 min 700 nəfər tamaşaçı tutumuna malik olacaq. “İmarət” stadionunda istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradılacaq.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, stadionda konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
40
azertag.az

10Mənbələr