Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb. Matçda "Şamaxı" 2:0 hesabı ilə qalib gəlib.
Günün 2-ci oyununda "Azersun Arena"da əzəli rəqiblər üz-üzə gəlib. Azərbaycan derbisində son çempion "Qarabağ" "Neftçi"ni qəbul edib. Görüş "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” ardıcıl 5 qələbəsini qazanıb. “Neftçi” isə bu mövsüm qələbəsizlik seriyasını 7-yə çatdırıb. Ağdam klubu bugünkü qalibiyyəti sayəsində liderliyə yüksəlib.
Qeyd edək ki, tura 21 və 22 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
Misli Premyer Liqası, 7-ci tur
20 sentyabr
20:00. “Qarabağ” – “Neftçi” - 4:0
Qollar: Robert Bauer, 18 - avtoqol (1:0), Juninyo, 29 (2:0), Yassin Benzia, 45+2 (3:0), Leandro Andrade, 90+1 (4:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Azərsun Arena
17:00.“Kəpəz” – “Şamaxı” - 0:2
Qol: Brahim Konate, 16, Giorgi Kantaria, 19
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
21 sentyabr
18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu
22 sentyabr
18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena
20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
6
5
0
1
16-4
15
2
Turan Tovuz
6
4
2
0
8-2
14
3
Sabah
6
3
2
1
12-9
11
4
Şamaxı
6
3
2
1
6-3
11
5
Araz-Naxçıvan
5
3
1
1
5-5
10
6
Zirə
5
3
0
2
9-5
9
7
Sumqayıt
6
2
0
4
5-7
6
8
Səbail
6
1
1
4
8-10
4
9
Neftçi
7
0
4
3
2-10
4
10
Kəpəz
7
0
0
7
2-18
0
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Leandro Andrade ("Qarabağ") - 3 qol