AZ

Şuşada bayraq meydanı belə görünür (VİDEO)

Şuşa. Trend:

Sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışı baş tutub.

Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin mayayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətininkonsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindənhazırlanıb.

Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraqdirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillikbitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiyaolunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinarağaclarından istifadə edilib. Burada müasir oturacaqlar vəişıqlandırma sistemi quraşdırılıb.

Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğunolaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının vəalış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.

Trend BayraqMeydanının görüntülərini təqdim edir:

Məqalədə:
Seçilən
97
37
az.trend.az

10Mənbələr