AZ

Abşeronda şəhidlərimiz anım günlərində yad edildi - Fotolar

Şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra 2022-ci il 13-14 sentyabrında düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimizin, o cümlədən 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatları zamanı canlarını vətən üçün fəda edən qəhrəmanlarımızın anım mərasimləri keçirilib.

Yenisabah.az xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Nicat Qarazadənin, Nəzər Əzizovun, Azər Məmmədovun, Firuz Əhmədovun, Hüseyn Nəcəfzadənin və antiterror əməliyyatları şəhidləri Murad Arzullayevin, Vüqar Eyvazovun, Qiyas Manafovun və Ramil Rəhimovun ailə üzvləri ilə birgə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib. vakansiya 2023

Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb, RİH tərəfindən şəhidlərimizin ruhlarına ehsan süfrələri açılıb.

Şəhid ailələri ilə görüşdə RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə xalqımızın 30 illik vətən həsrətinə son qoyulub.

2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanımızın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən RİH başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.

Şəhid ailələri də öz növbələrində çıxış edərək bildiriblər ki, hər il sentyabrın 20-nin Respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncamın imzalanması vətən üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza növbəti etiramdır.

Şəhid ailələrinə daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən ailələr bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Seçilən
35
12
yenisabah.az

10Mənbələr