Düz 10 xəstəliyi xırp kəsir - Hazırlanması asan, faydası MÖHTƏŞƏM
Ardıc yer kürəsində 50 milyon il bundan əvvəl formalaşmağa başlamışdır. Hazırda dünya florasının tərkibində ardıc cinsinin 70-ə qədər növü yayılmışdır. Ardıcdan müalicə preparatlarının hazırlanması isə heç də naməlum deyil, yüz ilərdir dərman preparatlarının hazırlanmasında istifadə olunur. Xalq təbabətinin isə özəyi sayılır. Saglamolun.az ardıcın faydaları haqqında məlumatları təqdim edir: Arterit, radikulit, miozit, otit xəstəliklərinin müalicəsi zamanı: Yarım litrlik şüşə banka götürüb ardıcın iynə yarpaqları ilə doldurub üzərinə 70%-li spirt əlavə edin və ağzını qapaqla möhkəm bağlayıb qaranlıq yerdə bir həftə saxlayıb süzün. Aldığınız cövhərdən axşamlar ağrıyan nahiyələrə sürtüb yun şərflə bağlayın. Müalicə kursunu ağrılar kəsilib qurtarana qədər davam etdirin. Alkoqolizmin müalicəsində əlavə vasitə kimi: bunun üçün bir xörək qaşığı adi ardıc giləmeyvəsi, sürünən kəklikotu, sirkən kökü, 2 xörək qaşığı yarpız və acı yovşan otu, dazıotu, adi boymadərən götürün. Bütün komponentləri ehtiyatla doğrayın. Sonra qarışıqdan bir çay qaşığı götürüb bir stəkan qaynar suya tökün və 30-40 dəqiqə dəmləyib, bir neçə qat tənzifdən süzün. Cövhərdən gündə çayla birlikdə 3-4 stəkan için. Müalicə kursu 10 gündür. Lazım gələrsə, müalicəni iki həftədən bir təkrar edə bilərsiniz. Otit zamanı: Pambıq tamponu (tıxacı) ardıcdan hazırlanmış cövhərdə isladıb, azca sıxıb qulağınızın üzərinə qoyub, qalın pambıqla örtüb, bağlayın. Əməliyyatı gündə bir-iki dəfə yatmamışdan əvvəl təkrar edin. Arterit, aritroz, miozit və osteoxondiroz zamanı: bir xörək qaşığı ardıc və dəfnə yarpağı götürün, kofeüyüdücüdən keçirin və aldığınız poroşoku 12 xörək qaşığı kərə yağının üzərinə töküb qatı maz almana qədər qarışdırın. Dərman bitkilərindən hazırlanmış vanna qəbul edəndən sonra, mazdan götürüb gündə 2 dəfə ağrıyan nahiyəyə sürtün. Mazdan damar və əzələ ağrılarında da istifadə etmək olar. Damar və əzələ ağrılarında müalicə məqsədləri üçün: 5 xörək qaşığı bataqlıq ladanı, 4 xörək qaşığı sürünən kəklikotu, 3 xörək qaşığı üçrəngli bənövşə otu, 2 xörək qaşığı ardıc, 2 xörək qaşığı dazıotu götürüb bir-birləri ilə qarışdırın. Qarışığı 3 litr qaynar suya töküb, orta dərəcədə yanan odun üzərinə qoyub 15-20 dəqiqə bişirin. İsti yerdə 1-2 saat dəmləyib süzün. Aldığınız cövhəri qabaqcadan vannada olan 38-39°-li isti suyun üzərinə tökün. Sonra vanna əməliyyatını 10-15 gün qəbul edin. Müalicə kursu 10-15 vanna qəbul etməkdən ibarətdir. Hipertoniya zamanı: bərabər miqdarda ardıc budağından, qara meyvəli quşarmudundan, quruca, yarpız isiotu, dərman xəşənbülü, quş qırxbuğumu götürün. Bunları bir-birilə qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb 1,5 litr qaynar suya töküb, 5 dəqiqə bişirib,*'2 saat isti yerdə dəmləyib süzün. Müalicə kursu 10-14 gündür. Lazım gələrsə, müalicəni 2 həftədən sonra təkrar edə bilərsiniz. Nevroz və yuxusuzluğun müalicəsi zamanı: 1 çay qaşığı gicitkən kökü, 1 çay qaşığı sürünən ayrıqotu, 2 xörək qaşığı moruğun yarpaq və kök hissəsindən götürün. Bütün qarışıqları ehtiyatla xırda hissələrə bölün. Sonra onlan götürüb 2 litr qırmızı şərabın üzərinə töküb, qabın ağzını örtüb, odun üzərinə qoyun. Mayenin yarısını buxarlanana qədər qaynadın. Aldığınız cövhərdən gündə 2-3 dəfə, əsasən də axşamlar stəkanın !4 hissəsi qədər qəbul edin. Müalicə kursu bir həftədir. Qaymarit zamanı: bunun üçün 2-3 xörək qaşığı xırda doğranmış ardıcın budaqlarından, 6 xörək qaşığı sürvə yarpaqlarından, 2 xörək qaşığı bataqlıq ladanmdan və 100 q evkaliptin tumurcuq və yarpağından götürün. Yığımı 2 litr qaynar suya töküb üzərinə 1 xörək qaşığı bor spirti əlavə edin. Başınızı dəsmalla örtüb 10 20-30 dəfə nəfəs alın. Vaxtlı-vaxtmda bir az istirahət edib sifətinizi təmiz dəsmalla silin. Hərgah su soyuyarsa, üzərinə qaynar su əlavə edin. Əməliyyatı günaşırı təkrar edin. Bunu yaxşı olar ki, yuxu qabağı edəsiniz. Müalicə kursu 5-10 əməliyyatdan ibarətdir. Soyuqdəymə zamanı: 1 çay qaşığı xırda doğranmış ardıc giləmeyvəsi, qızılağac mürdəşər qabığı, 2 xörək qaşığı güləvər çiçəyi, 2 xörək qaşığı ağ söyüd qabığı, qara kəndəlaş çiçəyi, gicitkən yarpağı və əyilən tozağacı yarpağı götürün. Sonra qarışıqdan 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suya töküb termosda 30-50 dəqiqə saxlayıb süzün. Aldığınız dəmləmədən stəkana töküb qurtum-qurtum için. Əməliyyatı hər 2 saatdan bir təkrar edin. Müalicə kursu tam sağalana qədərdir. Maddələr mübadiləsinin nizama salınmasında immunitetin aşağı düşməsi, həmçinin dəri xəstəlikləri zamanı: 6 xörək qaşığı ardıcın xırdalanmış iynəyarpaqlarından, 4 xörək qaşığı çobanyastığı otu, 2,5 xörək qaşığı çaytikanınm cavan budaq və yarpaqlarından, qırxbuğum otundan və çöl qatırquyruğundan götürün. Yığımı 3 litr qaynar suya töküb odun üzərinə qoyun. 20 dəqiqə qaynadın və 1-2 saat dəmləyib süzün. Sonra aldığınız dəmləməni 37—38°-li isti vannada olan su ilə qarışdırıb günaşırı vannasını qəbul edin. Müalicə kursu 7-10 əməliyyatdan ibarətdir. Vərəm xəstəliyi zamanı orqanizmi qüvvətləndirən vasitə kimi: 100 q ardıc giləmeyvəsindən, dazıotundan, 0,5 kq ağacvarı əzvaydan, bal (yaxşı olar ki, may balından), 0,5 litr ağ çaxır şərbəti götürün. Əzvayın yarpaqlarını ət maşınından keçirin. Dazıotu ilə ardıc meyvəsini 0,5 litr qaynar suya töküb qaynama dərəcəsinə gətirib 30 dəqiqə qaynadın. Sonra soyudub süzün. Komponentləri bir-birilə qarışdırıb tünd şüşə qaba doldurun və ağzını möhkəm bağlayıb 10-12 gün soyuducuda saxlayın. İlk günlər preparatdan hər saatdan bir 1 çay qaşığı, sonralar isə hər 3 saatdan bir 1 xörək qaşığı qəbul edin. Müalicə kursu 1 aydır. 15 gün istirahət verəndən sonra müalicəni davam etdirin. Aybaşı pozuntuları zamanı: bərabər miqdarda xırda hissələrə salınmış ardıc qoz meyvəsi, əkin ononisi, sürünən ayrıqdan götürün. Sonra qarışıqdan 1 çay qaşığı götürüb 5 stəkan qaynar suya töküb, qaynama dərəcəsinə gətirib 10-15 dəqiqə qaynadıb soyudub süzün. Aldığınız dəmləmədən gündə 2 stəkan səhər və günorta qəbul edin. Müalicə kursu 5-7 gündür. Əgər lazım gələrsə, iki həftə istirahət verdikdən sonra müalicəni təkrar edin. Şiddətli aybaŞTağrıları zamanı: 50 q ardıc qoz meyvəsi, 1 ədəd sarımsaq, 1 litr ağ şərab götürün. Ardıcın qoz meyvəsini və sarımsağı narm hala salın, bir-biri ilə qarışdırın və ağ şərabın üzərinə tökün. Sonra ekstraktı şüşə butulkalara doldurub ağzını bərk bağlayıb, qaranlıq yerdə 10 gün saxlayın. Aldığınız cövhərdən gündə bir-iki dəfə yeməkdən sonra 3 xörək qaşığı qəbul edin. Aybaşı stimulyasiyası zamanı: bərabər miqdarda ardıc giləmeyvəsi, xırda hissələrə salınmış şirinbiyan kökü, dazıotu, boymadərən götürün. Qarışıqdan 2 xörək qaşığı 0,5 litr qaynar suya töküb su hamamında 20-30 dəqiqə saxlayıb süzün. Aldığınız isti dəmləmədən yatmazdan əvvəl qəbul edin. Müalicə kursunu müsbət nəticə almana qədər davam etdirin. Qadın sonsuzluğu zamanı: köməkçi vasitə kimi 100 q ardıcın qoz meyvəsi, adi ayıqulağı, çöl qatırquyruğu otundan və yabanı qan-qırmızı ətirşah götürün. Qarışıqdan 3 xörək qaşığı 3 stəkan qaynar suya töküb su hamamında 10 dəqiqə sax11 layıb süzün. Dəmləmədən gündə 3 dəfə stəkanın /2 hissəsi qədər qəbul edin. Müalicə kursu 3 aydır. Sonsuzluq zamanı: Bunun üçün quru əhəngli yerlərdə bitən ardıcın yuxarı hissələrində yerləşən budaqlarından 3 ədəd 4-5 sm uzunluğunda kəsib götürün. Sonra 3 litr suya töküb qaynama dərəcəsinə gətirib 8-10 dəqiqə su hamamında saxlayıb, soyudub süzün. Dəmləmədən səhər və axşam acqarına stəkanın !4 hissəsi qədər qəbul edin. Müalicəni 3 ay davam etdirin. Müalicə kursu ayda 20 gündür. Ağır klimaks zamanı: bir stəkan doğranmış ardıcın qoz meyvəsi, bədrənc yarpağı, sürünən ayrıq kökü, ononis və stəkanın У2 hissəsi qədər qoz yarpağından götürüb bunları bir-birləri ilə qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb 1 stəkan qaynar suya töküb 15 dəqiqə qaynadın, soyudub, süzün. Dəmləmədən gündə 2 dəfə səhər və axşam bir stəkan qəbul edin. Müalicə kursu 3-4 həftədir. Dəri-zöhrəvi xəstəliklərinin (süzənəyin) müalicəsi zaman (köməkçi vasitə kimi): antibiotiklə yanaşı ardıcın efir yağından 2-4 damcı qəbul edin. Bundan əlavə 2 xörək qaşığı ardıcın qoz meyvəsindən götürüb, 0,5 litr qaynar suya töküb qaynadın. Qaynamanı mayenin yarısı buxarlanana qədər davam etdirin. Sonra dəmləmədən stəkana süzüb üzərinə 12 damcı ardıc yağından əlavə edib, hissəhissə gün ərzində yeməyə 10-15 dəqiqə qalmış qəbul edin. Prostatın bakteriya mənşəli xəstəliklərinin müalicəsi zamanı: əlavə köməkçi vasitə kimi 2 xörək qaşığı moruq yarpağı, dərman xəndəkotundan, ardıcın qoz meyvəsindən, boyaqazı, kətan toxumundan, ayı qulağından götürüb, bunları birbirilə qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb bir stəkan qaynar suya töküb qaynama dərəcəsinə gətirib su hamamında 10 dəqiqə saxladıqdan sonra isti yerdə bir saat dəmləyib süzün. Cövhərdən gündə 3 dəfə stəkanın 1/3-1/2 hissəsi qədər yeməkdən əvvəl qəbul edin. Müalicə kursu 1-2 dəfədir. Prostat vəzinin adenomiyası zamanı (əlavə köməkçi vasitə kimi): 5 xörək qaşığı doğranmış ononis kökü, 2 xörək qaşığı ardıcın qoz meyvəsi, 1 xörək qaşığı razyana toxumu, qatırquyruğu otu, qızılağac mürdəşər qabığı götürün. Qarışığı 1 litr suya töküb qaynama dərəcəsinə gətirib 10 dəqiqə qaynadın. Sonra yaxşı qızdırılmış mətbəx peçinin üstünə qoyub 3 saat saxlayın. Aldığınız cövhərin üzərinə 1 xörək qaşığı narm hissəyə salınmış bədrəng yarpağı əlavə edin. Cövhərdən gündə 4 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin. Müalicə kursunu müsbət nəticə alana qədər davam etdirin. Potensiyanı qaldırmaq üçün: ardıcın cavan budaqlarının qabıqlarını soyub bıçaqla xırda hissələrə doğrayın. 1 xörək qaşığı qabığından götürüb 2 stəkan isti suya tökün və bütün gecəni saxlayın. Sonra qaynama dərəcəsinə gətirin. Dəmləmədən gündə 3 dəfə stəkanın /2 hissəsi qədər yeməkdən əvvəl qəbul edin. Müalicə kursunu müsbət irəliləyiş almana qədər davam etdirin. Qoturun (qaşınmanın) müalicəsi zamanı: 50-60 damcı ardıcın efir yağından götürüb 2-3 xörək qaşığı donuz və ya qunduzun əridilmiş piyi ilə qarışdırın. Aldığınız qarışıqdan götürüb gündə bir-iki dəfə dərinizə sürtün. Müalicə kursunu tam sağalana qədər davam etdirin. Örə xəstəliyi zamanı: 3 xörək qaşığı moruq, 2 xörək qaşığı ardıcın qoz meyvəsi, 3 xörək qaşığı dəstərək otu, ögey ana yarpağı, 1 xörək qaşığı, bataqlıq lada12 nmdan, topuztikan otu, adi üzərlikdən götürün. Qarışıqdan 2 xörək qaşığı götürüb bir litr qaynar suya töküb termosda 30-40 dəqiqə saxlayıb süzün. Cövhərdən gündə 6 dəfə stəkanın /ı hissəsi qədər qəbul edin. Müalicə kursunu tam sağalana qədər davam etdirin. Bunun vannasından da istifadə etmək olar. Ecazkar müalicəvi içkinin hazırlanması. Ardıcın qoz meyvələrindən çox qiymətli, ətirli iyi ilə ingilis arağını xatırladan müalicəvi cövhər almır. Bunun üçün yarımlitrlik arağın içərisinə 10-15 ədəd ardıc giləmeyvəsini və bir ədəd limonun qurudulmuş qabığını əlavə edib 2-3 həftə saxladıqdan sonra süzün. Aldığınız içki həzm sistemini stimullaşdırır və stressləri aradan qaldırır Materialın hazırlanmasında AZƏRBAYCANIN FAYDALI BİTKİ SƏRVƏTLƏRİ kitabından istifadə olunub.