AZ

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin(MÜTDA) direktor müavini Mehriban Vəliyeva VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Mehriban Vəliyevanın mandat qazanmasından sonra Elm və Təhsil nazirliyi sistemində MÜTDA-nın direktor müavini postu uğrunra rəqabət qızışıb.

Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, MÜTDA-nın direktor müavini postu uğrunda Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev gərgin mübarizə aparır. Hər iki regional idarə müdirinin nazirliyinin ayrı-ayrı rəhbər şəxsləri tərəfindən dəstəkləndiyi bildirilir. İddialara görə, Anar Qədiməliyevin namizədliyi Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Coşqun Əliyevin namizədliyi isə nazir müavini Həsən Həsənli tərəfindən dəstəklənir.

Editor.az xatırladır ki, MÜTDA-nın direktor müavini postu uğrunda çalışan hər iki müdir medianın gündəminə mütəmadi olaraq, qalmaqallı xəbərlərlə gəlir.

Məsələn keçmiş deputat, təhsil eksperti Etibar Əliyev Anar Qədiməliyevin ünvanına ağır ittihamlar səsləndirmişdi: “Anar Qədiməliyev təhsil işçisi deyil. Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur. O məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib.”

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin də vəzifəyə təyinatı mediada geniş müzakirələrə səbəb olmuşdu. Mediada Coşqun Əliyev təhsildən xəbərsiz, geniş biznes şəbəkəsinə sahib şəxs kimi təqdim olunur: “Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parkinq və istixana biznesinə nəzarət edən Coşqun Əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb. Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var. Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir”.

Seçilən
64
9
editor.az

10Mənbələr