Son yeniləmə: 24 Sentyabr 2024 11:30 BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar- avqust aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib.Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.Bildirilib ki, “onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən150-si mühərrikli təkərli oturacaq), 1599-u aşağı və yuxarı ətraf protezi, habelə 1663-ü eşitmə aparatı, 1855-i qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı, 92 korset və s. reabilitasiya vasitələri təqdim olunub.Bu ilin 8 ayı ərzində ümumilikdə 9,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta