Livanın səhiyyə rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, İsrailin iki gündür həyata keçirdiyi hava hücumları nəticəsində azı 558 nəfər ölüb, 1835 yaralanıb.Ümumilikdə İsrail 24 saat ərzində 1500 obyekti vurduğunu bildirib. Livanın səhiyyə rəsmilərinin dediyinə görə, ölənlər arasında azı 58 qadın və 50 uşaq var.Minlərlə livanlı öz təşəbbüsü və İsrailin təkidi ilə İsrailin hücumlarından təhlükəsiz yer axtarmaq üçün Livanın cənubundan qaçaraq, şimaldan Beyruta gedən yolları bağlayıb. Lakin İsrail paytaxtdakı hədəflərə də zərbələr endirib. Hücumlar zamanı zədələnən altımərtəbəli binada 6 nəfər ölüb, 15 nəfər yaralanıb.İsrail Beyrutun cənub ətrafına endirdiyi zərbələrdən birinin Hizbullahın raket sistemlərinə nəzarət edən yüksək səviyyəli hərbi komandiri kimi tanınan İbrahim Məhəmməd Qubaisi öldürdüyünü bildirib.Hizbullah raketlərinin çərşənbə axşamı İsrailin hərbi bazalarını hədəf aldığını bildirib.BMT Qaçqınlar Agentliyinin sözçüsü çərşənbə axşamı jurnalistlərə bildirib ki, Livanda on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və onların sayının artacağı gözlənilir.Sözçüsü Metyu Saltmarş vəziyyəti "son dərəcə narahatedici" adlandırıb.Sözçü Ravina Şamdasani jurnalistlərə bildirib ki, BMT-nin insan haqları üzrə komissarı Volker Turk regionda nüfuzu olan hər kəsi "beynəlxalq hüquqa tam hörmət etmək üçün əlindən gələni etməyə" çağırıb.Şamdasani "İstifadə olunan müharibə üsulları və vasitələrinin beynəlxalq humanitar hüquqa uyğun olub-olmaması ilə bağlı çox ciddi narahatlıqlar doğurur" deyib.Zorakılığın artması "Air France", "Qatar Airways", "Etihad" və digər hava yolları şirkətlərini Beyrut hava limanına gedən və oradan gələn uçuşları ləğv etməyə məcbur edib.İsrail hərbçiləri Livanın şərqindəki Bekaa vadisinin sakinlərinə Hizbullah-ın oradakı silah anbarlarından uzaq durmaları barədə xəbərdarlıq edib.İsrailin baş naziri Benyamin Netanyahu Livanın mülki əhalisinə erdiyi audio-müraciətində onları İsrailin təxliyə çağırışlarına qular asmağa çağıraraq, "bu xəbərdarlığa ciddi yanaşılmalıdır" deyib.Netanyahu "Xahiş edirəm, təhlükəli yoldan indi uzaqlaşın. Əməliyyatımız bitdikdən sonra siz sağ-salamat evlərinizə qayıda bilərsiniz deyib.BMT-nin baş katibi Antonio Quterreş sözçüsü vasitəsilə İsrail-Livan sərhədində vəziyyətin gərginləşməsindən, xüsusən də çox sayda mülki itkidən və minlərlə köçkündən narahat olduğunu bildirib.İsrailin Qəzza zolağında İranın dəstəklədiyi HƏMAS-la da döyüşdüyü üçün İsrail-Livan sərhədində son bir həftə ərzində qarşıdurmanın intensivləşməsi regional münaqişənin genişlənməsi qorxusunu artırıb.7 aparıcı sənaye ölkəsinin xarici işlər nazirləri bazar ertəsi axşam bəyanat yayaraq, "hazırkı dağıdıcı dövrü dayandırmağa" çağırıb."Atılan addımlar və əks reaksiyalar bu təhlükəli zorakılıq burulğanını gücləndirmək və bütün Yaxın Şərqi ağlasığmaz nəticələrlə daha geniş regional münaqişəyə sürükləmək riski daşıyır" nazirlər bildirib.Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumu ilə başlayıb. Bu hücum zamanı fələstinli militantlar 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxınını girov götürüb. Onlar hələ də 100-ə yaxın əsiri saxlayır ki, onlardan üçdə birinin öldüyü güman edilir.Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla, 41 400-dən çox fələstinli öldürülüb, İsrail ordusu isə ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu deyir.
Facebook-da paylaş
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta