Məlumat üçün qeyd edim ki, Mahmudov Seymur Elsevər oğlu 1991-ci il iyul ayının 12-də Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Seymur Mahmudov orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 246 saylı liseydə almışdır.
DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunun 3-cü bölüyünün sabiq polis nəfəri, polis serjantı Mahmudov Seymur Elsevər oğlu 08.10.2009-cu il tarixdən 09.04.2011-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
Seymur Mahmudov 13.06.2012-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunda polis nəfəri vəzifəsində xidmət etmişdir.
İşğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə sabiq polis nəfəri Seymur Mahmudov Şuşa şəhərinə ezam olunmuşdur. 19.09.2023-cü il tarixdə Xocavənd rayonu istiqamətində nəqliyyat vasitəsilə hərəkətdə olarkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində şəhid olmuşdur.
08.11.2023-cü il tarixdə şəhid Seymur Mahmudov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Ölkə Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərə rəhmət etsin!