AZ

Şairə Esmira Günəş Xudatda Şəhid ailələrini ziyarət edib

Xudatda Şəhid Xanbaba Ələmmədovun xatirə  kompleksinin açılışı olub


Avropa.info xəbər verir ki,  Xudatda antiterror əməliyyatları zamanı şəhadətə ucalmış əsgər Xanbaba Ələmmədovun il dönümü idi. Xanbaba 14 günlük olarkən anası dünyasını dəyişdiyindən onu bibisi və əmisi saxlayıb. Şəhadətindən sonra Xanbabanın xatirələrini yaşatmaq üçün əmisi evinin yaxınlığında Xudat-Qusar yolunda bulaq abidə kompleksi tikdirib. Sentyabrın 24-ü tarixi həm şəhidin il dönümü həm də, bulağının açılışı idi. Həmin gün şəhidin məzarının önü də, bulağının önü də, əmisinin evi də izdihamlı idi. Gələnq onaqların sayı o qədər çox idi ki, Xanbaba ürəkləri fəth edib köçmüşdü cənnətə.

Qonaqlar arasında AYB-nin üzvü şairə Esmira Günəş də var idi. Şairə xanım gətirdiyi gül dəstəsini şəhidin bulağına qoyub, bulağın suyundan içdikdən sonra çıxış edərək şəhid Xanbaba Ələmmədova həsr etdiyi şeiri səsləndirib və şəhidləri unutmayan, onları yad edən hər kəsə ən əsası da Xanbabanın doğmalarına təşəkkür edib. Şəhid anaları şairə xanımı qucaqlayıb bağrına basaraq bildiriblər ki, şairə xanım hər zaman onların yanında olur.
Biz şəhidlərimizi unutmayaq ki, zaman da unutdurmasın. Unutmayın ki, şəhidlər bizi eşidir və duyur. Onlarla bağlı gördüyümüz yaxşı işlərin nəticəsində onların da ruhu şad olur.
 
Allah Şəhidlərimizə rəhmət eləsin

Seçilən
36
avropa.info

1Mənbələr