Rusiyanın Ukrayna müharibəsində itkilərinə dair daha bir dəhşətli məlumat üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, “ət maşını”ndan istifadə edən ruslar təkcə Xarkovda 4 ay ərzində 16 mindən çox hərbçisini itirib.
“Xarkov” qoşunlarının əməliyyat-taktiki qrupunun sözçüsü Vitali Sarantsev bildirib ki, bu itkilər əslində kiçik bir rayon mərkəzinin əhalisi qədərdir. “Amma düşmən öz itkiləri ilə hesablaşmır və həmin itkilərlə maraqlanmır”.
Sarantsev deyib ki, çox vaxt Rusiya ordusunun şəxsi heyəti bəzi “anlaşılmaz hücumlara” göndərilir. “Onlardan yem kimi istifadə olunur. Bu yolla bizim sistemimizi öyrənməyə çalışırlar, sonra isə zərər verirlər. Və bu hücumlar minlərlə rus əsgərinin ölümü bahasına başa gəlir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta