Ermənilər hər vəchlə çalışırlar ki, 44 günlük müharibədə Türkiyə ordusunun birbaşa iştirak etdiyini “isbat” etsinlər. Bunun üçün dəridən-qabıqdan çıxmağa belə çalışırlar. JAMAZ.İNFO xəbər verir ki, bu yöndə daha bir sərsəmləməni Ermənistan parlamentinin deputatı Tiqran Abramyan edib.
O bildirib ki, guya, 44 günlük müharibədən sonra Şuşa və Laçında yerləşdirilən Türkiyə ordusunun birlikləri atəşkəs əldə edildikdən sonra Xankəndini azad etməyə cəhd göstəriblər. “Bu cəhdinin Ermənistan silahlı qüvvələri tərəfindən şiddətli müqavimətlə qarşılanması ilə yanaşı, snayperlərimizin xüsusi effektivliyi ilə Türkiyə və Azərbaycan komandanlığı arasında qarşıdurma yaranıb. Hələ məlum olmayan səbəblərdən, məncə, türklər azərbaycanlılarla razılaşmayan hansısa aksiyaya başlayıblar ki, bu da sonradan Bakıdan Ankaraya zənglərə səbəb oldu”.
Onun sözlərinə görə, guya, Türkiyə ordusu həmin günlərdə əməliyyatın fəal iştirakçısı olduqlarını göstərmək üçün qarşılarına məqsədi qoyublar. “Ola bilsin ki, aylar əvvəl Bakı-Ankara siyasi qarşıdurmasında Ərdoğanın ölkəsinin 44 günlük müharibədə böyük rolundan danışması və Azərbaycanın bunu inkar etməyə çalışması mövzunun elementlərindən biri olub”.
P.S. Ermənilərin belə xam xəyallar qurması ilk deyil. Bundan əvvəl də onlar Türkiyə ordusunun Qarabağda döyüşdüyünü dəfələrlə iddia ediblər. Lakin hər dəfəsində iddiaları boşa çıxıb. Onlar bununla öz aləmlərində təskinlik tapmağa çalışırlar ki, guya, onlara Azərbaycan Ordusu deyil, Türkiyə orudusu qalib gəlib. Çünki Türkiyə NATO ölkəsidir. Bu həm də onlarda “biz NATO ordusuna məğlub olmuşuq” nağılını uydurmaq üçün lazımdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta