AZ

“Bakı və İrəvan 1921-22-ci illərdəki kimi inteqrasiyaya başlamalıdır”

“Qarabağ ermənilərinin geri qayıtması mümkündür. Amma bunun üçün Azərbaycan və Ermənistan 1921-1922-ci illərdə olduğu kimi eyni inteqrasiya prosesinin bir hissəsi olmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri politoloq Qriqor Balasanyan deyib.
Onun sözlərinə görə, əgər həmin inteqrasiya prosesi baş tutsa, bu, bir çox proseslərin də baş tutmasına səbəb olacaq.
Balasanyan hesab edir ki, Ermənistanın COP29-da iştirak etməsi yaxşı olardı. “Mən düşünmürəm ki, bunun xeyri olmayacaq.  Üstəlik, bu sammitin danışıqlar prosesinə hər hansı təsir göstərə biləcəyini düşünmürəm. Buna ancaq bizim regionda öz maraqları olan fövqəlgüclərin mövqeyi təsir edə bilər”.
Erməni politoloqun düşüncəsinə görə, Azərbaycanla barışıq sazişi o zaman imzalana bilər ki, bu, İran və Rusiya üçün maraqlı olsun və həmin dövlətlər tərəfindən müsbət addım kimi qəbul edilsin. “Bu iki dövlətin maraqlarına cavab verməsə, hesab edirəm ki, biz razılaşma görməyəcəyik”.
Balasanyan iddia edib ki, Zəngəzur dəhlizi açılmayacaq. “Heç bir müqavilədə Zəngəzur dəhlizinin olacağı yazılmayıb, xüsusən də 10 noyabr 2020-ci il tarixli razılaşmanın 9-cu bəndində. Mənə məlumat daxil olub ki, Zəngəzur dəhlizi məsələsini qapalı hesab etmək olar. İran və Azərbaycan arasında razılıq əldə olunub ki, Azərbaycan İran vasitəsilə Naxçıvanla əlaqə saxlasın”.

Seçilən
37
2
jamaz.info

3Mənbələr