AZ

AccessBank-dan Apple Pay istifadəçilərinə sərfəli keşbek kampaniyası!

Müştərilərə daim yenilənmiş və innovativ maliyyə həlləri təklif edən AccessBank, bu dəfə Apple Pay rəqəmsal cüzdanının istifadəçiləri üçün sərfəli keşbek kampaniyasına start verdiyini elan edir.

Ölkəmizdə nağdsız hesablaşmaların stimullaşdırılması və müştərilərin rahatlığını təmin etmək məqsədi ilə keçirilən kampaniya çərçivəsində bütün müştərilərə Apple Pay vasitəsilə minimum 10 AZN dəyərində birinci əməliyyat üzrə 2 AZN keşbek ödənilməsi təmin ediləcək.

Kampaniya 24.09.2024-cü il tarixindən 30.11.2024-cü il tarixinədək qüvvədir.

Kampaniyaya qoşulun, AccessBank kartınızda Apple Pay-i aktiv edərək daha rahat və sürətli ödənişlərdən həzz alın!

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Seçilən
97
10
apa.az

10Mənbələr