Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhidimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdilər.
Bu tədbir, şəhid ailələrinin və vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın daim dövlət və cəmiyyət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğunu bir daha nümayiş etdirdi. Elməddin Lətifovun şərəfli həyat yolu və onun Vətən uğrunda fədakarlığı gələcək nəsillərə nümunə olaraq yaşadılacaq.