BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) mühafizə edilən kolleksiyaların yerləşdiyi Akademiklər kitabxanasının və onun nəzdində olan oxu zalının açılışı olub.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə deyilir ki, “açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva və kitabxananın direktoru Dos. Hüseyn Hüseynov iştirak ediblər. İ.Həbibbəyli bildirib ki, zəngin kitabxana fonduna malik olan MEK-də 1 milyon 300 mindən çox kitab mühafizə olunur və onların sırasında görkəmli alimlərin və onların ailə üzvlərinin bağışladığı nadir kitablar sırasına daxil edilə biləcək qiymətli əsərlər də var. Akademiklər kitabxanasının AMEA-da ilk dəfə təşkil olunduğunu deyən İ.Həbibbəyli bu tarixi hadisənin yeniləşən Akademiya istiqamətində atılan addımların tərkib hissəsi olduğunu söyləyib. İ.Həbibbəyli qeyd edib ki, Akademiklər kitabxanasında akademiklər Həsən Əliyevin, Mirzə İbrahimovun, Bəkir Nəbiyevin, müxbir üzv Xudu Məmmədovun, görkəmli professorların və s., həmçinin AMEA-nın Gəncə və Naxçıvan bölmələrinin nəşrləri yer alır. O vurğulayıb ki, 29 adda kolleksiyadan ibarət olan Akademiklər kitabxanası MEK-in nadir fondlarından biridir. Bu zəngin kitabxananın geniş oxucu kütləsi üçün açıq olduğunu deyən akademik fonddakı kitablardan hər bir kəsin istifadə edə biləcəyini söyləyib”.H.Hüseynov isə öz növbəsində tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunan kolleksiyalar haqqında məlumat verib. Qeyd olunub ki, MEK istifadəçiləri artıq daha əlçatan şəraitdə, açıq fondda həmin nəşrlərdən rahat şəkildə istifadə edə biləcəklər.Daha sonra Akademiklər kitabxanasına və oxu zalına baxış keçirilib, xatirə şəkli çəkdirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta