AZ

Seymur Mövlayev vəzifəsindən azad edilib

AKİA-nın rəhbəri Seymur Mövlayev vəzifəsindən azad edilib.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinə İdarə Heyətinin Sədri vəzifəsinə yeni təyinat olub. Yalçın Camalov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Yalçın Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir. Ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə almış, ABŞ-ın Yale Universitetinin İdarəçilik Məktəbinin “Sürətləndirilmiş Menecment” və MIT-nin Data, İqtisadiyyat və Proqramlarının Dizayn olunması “MicroMasters®” proqramının məzunudur. Layihələrin İdarəolunması İnstitunun Layihə idarəçiliyi üzrə peşəkar (PMP) ® beynəlxalq sertifikatın sahibidir. Yalçın Camalov İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, Vest Consulting MMC-də Baş Menecer, Detal Aluminium MMC-də İcraçı Direktor vəzifələrində çalışmışdır.
Karyerasını Əmlak Məsələləri Dövlət Komitəsində İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru vəzifəsində davam etdirən Yalçın Camalovun son iş yeri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında Dövlət Nəzarəti Məsələləri şöbəsində monitorinq və təhlil sektorunun müdiri vəzifəsi olmuşdur.
İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.

Seçilən
101
businesstime.az

1Mənbələr