BAYRAQDAR MEDİA – Sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.Xəbəri Prezidentin mətbuat xidməti yayıb.Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Azərbaycan torpaqlarında yerləşən hərbi birləşmələri növbəti təxribata yol verdikdən sonra Azərbaycan Ordusu əks tədbirlərə başlamışdı. Bu isə işğalçıların daha da azğınlaşmasına, hətta dinc yaşayış məntəqələrini bombalamasına səbəb olmuşdu. Nəticədə Azərbaycan Ordusu və xalqı səfərbər olunaraq işğalçıları geri oturdaraq Vətən torpaqlarını işğaldan azad etmişdi. Sonrakı dönəmdə Prezident İlham Əliyev bu şərəfli tarixin başlandığı günü Anım Günü kimi qeyd etməklə bağlı qərar vermişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta