AZ

Norveç dövləti Ukraynalilarin qaçqın statusunu ləğv etdi

Norveçdə qüvvəyə minən yeni miqrasiya qaydalarına əsasən, ölkəyə gələn Ukrayna vətəndaşları artıq avtomatik olaraq qaçqın hesab edilmir.


Avropa.info xarici mediaya istinadla xəbər verir ki, ölkənin miqrasiya orqanlarının qərarına əsasən, sentyabrın 27-dən etibarən Oslonun “təhlükəsiz” hesab etdiyi rayonlarından gələn ukraynalılar digər xarici vətəndaşlarla bərabər qiymətləndiriləcək. Söhbət Volın, İvano-Frankovsk, Transkarpat, Lvov, Ternopil vilayətlərindən və Rivne şəhərindən gələn insanlardan gedir. Yeni qaydalara görə, Norveç İmmiqrasiya Agentliyi sığınacağın verilməsi üçün əsas görməzsə, bu cür şəxslərdən imtina ediləcək.
Ölkə hökuməti daha əvvəl bəyan etmişdi ki, bu tədbirlər Norveçin həqiqətən müdafiəyə ehtiyacı olan insanlara kömək edə bilməsini təmin etmək üçün həyata keçirilir. Bildirilib ki, hazırda bələdiyyələrin qaçqınlara sosial yardım göstərmək üçün mənzil və vəsait çatışmazlığı var.
Rəsmi məlumatlara görə, 2022-ci ildən Norveç 85 min ukraynalı qəbul edib

Seçilən
39
1
avropa.info

2Mənbələr