Tovuz və Goranboy rayonlarında piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub."Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunda 1940-cı il təvəllüdlü C.Mehdiyevi avtomobil vurub.Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.Goranboy rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Belə ki, 2005-ci il təvəllüdlü R. Pənəhovu minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta