Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Avstriyada “Şturm” və Belçika “Brügge”si arasında keçiriləcək oyunun baş hakimi olacaq.
Referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.
Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta