AZ

Sürücüsüz avtomobil ABŞ prezidentliyinə namizədin qarşısını kəsib!

     Yayılan videolara görə, Waymo şirkətinə məxsus sürücüsüz avtomobil, küçənin ortasında "u" ​​manevri etmək istəyərkən yolda qalmış kimi görünür. Avtomobil öz-özünə bu vəziyyətdən çıxa bilmədiyi üçün bir polis əməkdaşının avtomobilə minərək onu yoldan çəkdiyi qeyd edilir. Sürücüsüz avtomobil yoldan çıxarılanadək Kamala Harris-in konvoyu da yolda qalıb. Waymo, bir müddətdir San Francisco-da sürücüsüz avtomobillərini kommersiya məqsədilə sınaqdan keçirir. Bu avtomobillər, razılaşmalara əsasən hələlik yol hərəkəti cəzalarından azaddır. Lakin bu vəziyyət yaxın zamanda sürücüsüz avtomobil şirkətlərinə yol hərəkəti qayda pozuntularına görə, cərimə tətbiq edilməsinə imkan verən qanun layihəsinin təsdiqi ilə dəyişəcək.     Ancaq bu cəzaların ən azı layihəyə görə, heç bir maliyyə sanksiyaları olmayacaq. Bunun yerinə pozuntular yerli motorlu nəqliyyat idarəsinə bildiriləcək. Əgər bir şirkətin xəbərdarlıqları müəyyən həddi aşarsa, Avtomobil Nəqliyyatı Departamenti şirkətin icazələrini dəyişə və ya ləğv edə biləcək. Bu qanunun 2026-cı ilə qədər qüvvəyə minməsi gözlənilir. Buna görə də Harris-in konvoyunu dayandıran və trafiki ləngidən son hadisəyə görə cərimə tətbiq edilməyəcək. Təxminlərə görə, Waymo-nun 778 sürücüsüz robot-taksi avtomobili var. Şirkət bu avtomobillərlə aylıq 400 min sərnişin daşıyır. Waymo, San Francisco-dan əlavə Phoenix, Austin və Los Angeles-də də fəaliyyət göstərir. Şirkət, sürücüsüz avtomobillərinin polis tərəfindən bildirildiyi qəzaların qarşısını almaqda insan sürücülərdən 3 dəfə daha yaxşı olduğunu deyir.

Seçilən
9
technote.az

1Mənbələr