AZ

“Zəngəzur dəlizi məsələsində Ermənistanın heç bir rolu yoxdur”

“Zəngəzur dəhlizi deyilən layihədə Rusiyaya münasibətdə İran və ABŞ-ın maraqları üst-üstə düşür”. JAMAZ.İNFO xəbər verir ki, bunu Livanda nəşr olunan ermənidilli “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyan deyib.
Onun sözlərinə görə, Qərbin bu məsələdə probleminin ondan ibarətdir ki, bu kommunikasiyalar Rusiyanın nəzarətindən keçməsin. “İran isə yola yalnız Ermənistanın nəzarət etməsini istəyir”.
Qantaharyan hesab edir ki, bu məsələdə geosiyasi mərkəzlər arasında konsensus yoxdur. “Ona görə də kommunikasiya qapalı olaraq qalır və bunda təkcə Ermənistanın imtinası rol oynamır”.
Baş redaktor bildirib ki, İran və ABŞ-ın bu marşrutun bağlanması ilə bağlı razılığa gəldiyinə inanmaq üçün ilkin şərtlər var. “Bunu infrastruktur hazırlıqları, eləcə də İranın Ermənistanda özünün ən böyük daimi ticarət mərkəzi açmaq planları sübut edir”.
Erməni jurnalist onu da deyib ki, İran Qarabağdakı müharibənin nəticələrindən çox narahatdır. “Bu da onunla bağlıdır ki, Tehran İsrail hərbi bazalarının Qarabağda yerləşməyə başladığını güman edir”.

Seçilən
66
1
jamaz.info

2Mənbələr