Oktyabrın 3-də “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin II turunda evdə “Malmö”nü qəbul edəcək.
Prosport.Az xəbər verir ki, İsveç təmsilçisi Bakıda avrokuboklardakı 100-cü rəqibi ilə qarşılaşacaq.
İndiyə kimi qitə miqyaslı yarışlarda 99 komanda ilə qarşılaşan “Malmö” bu rəqiblərlə 236 görüş keçirib. Komandanın ən çox qarşılaşdığı “Beşiktaş”dır. İndiyə kimi 6 dəfə üz-üzə gəlmiş bu komandalar noyabrın 6-da 7-ci dəfə də görüşəcəklər. İsveçlilərin rəqibləri sırasında ikinci pilləni isə bir neçə gün öncə 5-ci dəfə qarşılaşdığı “Reyncers” ələ keçirib.
Qeyd edək ki, "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta