Fransanın “Lion” komandasının futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.
Prosport.Az xəbər verir ki, Liqa 1 təmsilçisi Kot-d'İvuardan olan hücuma meyilli yarımmüdafiəçinin performansından narazıdır. Bu səbəbdən 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.
V.Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib
Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta