İsveçin “Malmö” komandasının futbolçusu Sead Hakşabanoviç Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri II tur matçını buraxacaq.
Prosport.Az xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşdə forma geyinməyəcək. Qasıq nahiyəsində problem aşkarlanan oyunçu bu həftə əməliyyat olunacaq.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta