AZ

Gənc oğlan sosial şəbəkədə tanış olduğu qadınla görüşdü: İstəkləri olmadıqda isə onu boğmağa çalışdı

Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü Rüstəm sosial şəbəkədə tanış olduğu İlahəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Ölkə.az xəbər verir ki, demokrat.az-ın məlumatına görə, Rüstəm 2021-ci ilin iyun ayının sonlarında "Telegram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu 1988-ci il təvəllüdlü İlahə ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb.

Rüstəm həmin ilin iyulun 16-da, saat 17 radələrində İlahənin kirayədə yaşadığı Nizami rayonu, M.Abbasov küçəsindəki mənzilə gəlib. O, mənzilin yataq otağındakı çarpayının üzərində İlahə ilə bir dəfə cinsi əlaqədə olub.
Daha sonra isə İlahəyə seksual xarakterli iyrənc hərəkətlər etməsini tələb edib. İlahə də onun tələblərini yerinə yetirərək, onunla əxlaqsız formada intim hərəkətdə olub.
Bundan sonra İlahə bu qaydada təkrar intim münasibətdə olmaqdan imtina edib və Rüstəmdən evini tərk etməsini tələb edib. Bunu bəhanə edən Rüstəm İlahəni öldürmək məqsədilə həmin gün saat 17:40-da mənzilin mətbəxindən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Daha sonra isə Rüstəm mənzildə olan mələfəni İlahənin boğaz nahiyəsinə dolayıb və onu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışıb. Lakin İlahə aktiv müqavimət göstərməklə, yaralı vəziyyətdə ondan yayınıb və yaşayış binasının blokuna çıxaraq, qonşuları köməyə çağırıb. Qonşuların hadisə yerinə gəlməsi ilə əlaqədar Rüstəm ifşa olunmaması üçün mənzilin pəncərəsindən tullanaraq, hadisə yerindən qaçıb. İlahə qonşular tərəfindən çağırılmış təcili tibbi yardımın həkim briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas edilib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında "Amoral" qrupunda İlahə ilə tanış olub: "Təxminən iyun ayının 7- 8-i aralığında 2 dəfə olmaqla İlahə ilə Nərimanov rayonunda yerləşən parkda görüşdüm. Həmin görüş zamanı iki dəfə olmaqla İlahəyə ümumilikdə 1600 manat verdim. İlahə mənə qızının xəstə olduğu üçün pula ehtiyacı olduğunu bildirmişdi. Mən də İlahəyə həmin vaxt yardım etmək məqsədilə pul verdim. Daha sonra təkrar olaraq İlahə məndən pul istədi və pulu kart hesabına göndərməyimi dedi. Mən də həmin hesaba pulu göndərdim. İyun ayının 16-17-si 550 manat pul köçürdüm".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İlahəni görməyib: "Lakin "Telegram" sosial şəbəkəsində danışdım. Daimi olaraq danışdıq, bundan sonra ondan xoşum gəldi. Mən ümumi qrupda danışan zaman İlahə 150-200 manat məbləğində pul qarşılığında cinsi əlaqədə olmasını yazsa da, onunla fərdi danışan zaman bu barədə bir söz demədim. Hadisə baş verən gün, yəni iyulun 16-da, saat 12 radələrində yaşadığım Montin qəsəbəsində marketdən 3 ədəd 0,5 litrlik qabda olan spirtli enerji içkisi alaraq içməyə başladım. Həmin gün təxminən saat 15 radələrində İlahə ilə "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında danışdığım zaman İlahənin evinə gəlmək istədiyimi bildirdim. İlahə də gələ biləcəyimi deyərək yaşadığı evin yerini "WhatsApp" sosial şəbəkəsində "konum" olaraq mənə göndərdi. İlk öncə metronun "Qara Qarayev" stansiyasına, oradan piyada mobil telefonda xəritədə göstərilən əraziyə getdim. Həmin ərazi İlahənin yaşadığı binadan iki məhəllə aralıda idi. İlahənin göndərdiyi yerə gedərək zəng etdim. İlahə mənə yanında adam olduğunu, bir saata zəng edəcəyini bildirdi".
Rüstəmin ifadəsinə görə, təxminən bir saat sonra yenidən İlahəyə zəng etdikdə, ona yaşadığı yerin ünvanını başa salıb: "Mən metronun "Qara Qarayev" stansiyasının çıxışında "Rahat" marketdən iki ədəd 0,5 litrlik qabda olan "Baltika 9" adlı spirtli içki olan pivə aldım və İlahənin kirayədə yaşadığı ünvana getdim. Yolda olan zaman bir ədəd pivəni içdim. Sonra İlahənin kirayədə yaşadığı evinə gəldim. Evə daxil olduqdan sonra İlahə ilə qucaqlaşaraq öpüşməyə başladıq. Sonra mənzilin qonaq otağına keçdik. İlahə orada aldığım "Baltika 9" pivəsini içməyə başladı. Bir qədər həmin pivədən içdi. Bundan sonra İlahə ilə birlikdə evin yataq otağına keçdik. Orada olan çarpayının üzərində bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Cinsi əlaqəni başa çatdırdıqdan sonra İlahə ilk öncə hamam otağına daxil olaraq yuyundu".
Rüstəm qeyd edib ki, daha sonra özü hamamda yuyunub və bir qədər sonra onlar yenidən yataq otağına keçərək təbii yolla cinsi əlaqədə olmağa başlayıblar: "8-10 dəqiqə keçdikdən sonra cinsi aktı başa çatdıra bilmədim. İlahəyə yenə gedib yuyunmasını bildirdim. İlahə də həmin vaxt hamama daxil oldu və yuyunmağa başladı. Həmin vaxt hamamın qapısı açıq olub. Mən hamamda olan İlahəyə tərəf yaxınlaşdım. İlahədən məndən aldığı 2000 manat puldan bir azını qaytarmasını, kredit borcumun olduğunu bildirdim. İlahə mənə "sənə o pulu verməyəcəyəm, sənin heç bir sübutun yoxdur", - dedi. Həmçinin İlahəyə həmin vaxt zəng gəldi. Başqa bir nəfərin də mən getdikdən sonra İlahənin evinə gələcəyini bildim. Daha sonra İlahə hamamdan çıxaraq mətbəxə keçdi və bıçağı götürərək mənə tərəf gəldi. Məndən mənzili tərk etməyimi tələb etdi. Həmin vaxt İlahə əlindəki bıçağı mənə tərəf çəkdi. Bıçaq yüngül şəkildə sinə nahiyəmə dəydi. Mən İlahənin əlindəki bıçağı qolunu buraraq aldım. İlahə qonaq otağına tərəf gedən zaman onun sağ qolaltı nahiyəsinə bir dəfə bıçaqla zərbə vurdum. Lakin zərbə güclü olmadı".
Rüstəm bildirib ki, buna baxmayaraq, zərbənin təsirindən İlahə mənzilin dəhlizində kürəyi üstə yerə yıxılıb: "Mən əlimdəki bıçağı dəhlizə atdım. Həmin vaxt İlahənin və mənim əynimdə paltar olmayıb. İlahə yerdə olan zaman sakit olmasını, tibbi yardım çağırdığımı bildirdim. İlahə qışqırmaq istəyən zaman hamam dəsmalını onun başına keçirərək sıxmağa başladım. İlahə yerdə olan bıçağı götürdü və müqavimət göstərdi. Bıçağı ondan aldım. Bıçağı sol və sağ qoluna, sinə nahiyəsinə vurdum. İçkili olduğuma görə dəqiq olaraq İlahəyə neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamasam da, bıçaqları təxminən sinə, qol və kürək nahiyələrinə vuraraq xəsarət yetirdiyimi bilmişəm. Mən İlahəni öldürmək fikrində olmamışam. İlahənin üstündən qalxaraq təcili yardıma zəng etmək istəyən zaman qaçaraq bloka çıxdı və qışqıraraq köməyə çağırdı. Bu səbəbdən dərhal şalvarımı geyindim və İlahənin yaşadığı mənzilin qonaq otağından eyvana keçdim. Oradan da yerə tullandım. İlk öncə aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar ipinə ilişdim. Daha sonra yerə yıxıldım. Ayağa qalxaraq, ayaqyalın və köynəksiz, yarıçılpaq vəziyyətdə metronun "Neftçilər" stansiyası istiqamətində qaçdım. Orada tanımadığım mağazaya girdim və özümə bir ədəd köynək və bir cüt ayaqqabı aldım. Tanımadığım taksi ilə Nərimanov rayonu, Heydər Əliyev prospektində "Saat" adlanan ərazidə mağazadan özümə bir ədəd şalvar aldım. Həmin mağazada əynimdəki şalvarı dəyişdim. Həmin taksi ilə metronun "20 Yanvar" stansiyasının yaxınlığına getdim. Metronun "20 Yanvar" stansiyasının yaxınlığında hadisə zamanı əynimdə olan şalvarı yerə atdım".
Rüstəm deyib ki, daha sonra orada tanımadığı bir taksi ilə Lənkəran şəhərinə gedib: "Həmin gün saat 21 radələrində Lənkəran şəhərinə çatdım. Orada əmim oğlu Camal ilə görüşərək Bakı şəhərində yıxıldığımı və ayağımın burxulduğunu bildirdim. Məni həkimə aparmasını xahiş etdim. Camal məni adını xatırlamadığım "sınıqçı" qadının yanına apardı. Sınıqçı qadına yıxıldığımı bildirdim. Həmin qadın ayağıma yumurtanın sarısından sarğı qoyaraq ayağımın əzildiyini dedi. Təxminən gecəyarısı dayım Elçinin yaşadığı Lənkəran rayonunun kəndindəki fərdi yaşayış evinə getdim. Lakin dayıma hadisə barəsində məlumat vermədim. Dayıma pilləkəndən yıxılaraq ayağımın əzildiyini, səhəri gün Bakı şəhərinə gedəcəyimi bildirdim".
Rüstəm deyib ki, iyulun 17-də, saat 16 radələrində Bakı şəhərinə gəlib və Nardaran qəsəbəsində dəniz kənarına gedib: "İki gün həmin ərazidə qaldım. Daha sonra könüllü surətdə təslim olmağımın daha yaxşı olacağını düşündüm. Piyada Maştağa qəsəbəsi istiqamətdə atamın yaşadığı yerə getdim. İyulun 19-da atamın yaşadığı ünvana gedərək, onu gördüm və törətdiyim cinayət hadisəsini danışdım. Atam həmin vaxt mənə təcili olaraq "səni aparıb polis şöbəsinə təslim edəcəyəm", - dedi. Atam dostuna zəng edərək, birlikdə məni Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə apararaq təhvil verdilər".
İş üzrə zərərçəkmiş qismində ifadə verən İlahəninn sözlərinə görə, Yusif ilə ailə həyatı qurub, həmin evlilikdən Zəminə adlı qızı dünyaya gəlib: "2017-ci ildə Yusifdən boşandım. Bundan sonra bir müddət restoranlarda ofisiant kimi işlədim. Daha sonra kişilərlə cinsi əlaqədə olaraq pul qazandım. Bundan əlavə müğənni kimi də işləmişəm. "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında özümə "Kristina" adı ilə hesab açdım. "Kristina" adında özümə qrup yaratdım və həmin qrupda 150 manat qarşılığında cinsi əlaqədə olduğumu da qeyd etdim. Rüstəmi təxminən 2021-ci ilin iyun ayının sonlarında "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında şəxsidə yazmışam. Məndən çılpaq şəkillərimi göndərməyimi tələb etdi. Mən Rüstəmə "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında heç kimə çılpaq şəkillərimi atmadığımı bildirdim. Rüstəmi qara siyahıya atdım".
Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən gün, yəni iyulun 16-da, saat 15-16 radələrində "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında Rüstəm ona yazıb, yanına gəlmək istədiyini bildirib: "Mən "WhatsApp" sosial şəbəkəsinin tətbiqi proqramında Rüstəmə yaşadığım evin xəritəsini "konum" olaraq atdım. Təxminən saat 17 radələrində Rüstəm "WhatsApp" sosial şəbəkəsində mənə şəkil ataraq "Araz" marketin yanında olduğunu yazdı. Rüstəmə zəng edərək yaşadığım evin yerini başa saldım. Bundan sonra Rüstəm yaşadığım evə gəldi. Əlində bir ədəd 0,5 litrlik dəmir qabda "Baltika 9" adlı pivə gətirdi. Rüstəm evə daxil olan andan məni qucaqladı, öpməyə başladı. Biz birlikdə evin qonaq otağına keçdik. Mən Rüstəmin aldığı pivəni içdim, birlikdə siqaret çəkdik. Soyuducudan üzüm götürərək, birlikdə üzüm yedik. Bir müddət söhbət etdikdən sonra Rüstəm mənə 100 manat məbləğində pul verdi. Hamam otağına keçərək yuyunmağa başladı. Sonra birlikdə evin yataq otağına keçdik. Bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Cinsi əlaqə zamanı Rüstəm mənim intim yerlərimi öpdü. Bundan sonra Rüstəmlə cinsi əlaqədə olmağa iyrəndim. Buna görə, Rüstəmlə təkrar cinsi əlaqədə olmaq istəmədim və narazılığımı bildirdim. Həmçinin evimdən getməsini tələb etdim. Rüstəm isə hamama keçərək yuyundu".
İlahənin sözlərinə görə, daha sonra hamama keçərək yuyunub: "Yuyunduqdan sonra hamamdan çıxdıqda, Rüstəmin qarşımda çılpaq şəkildə olduğunu gördüm. Rüstəmə nəyə görə əynini geyinərək getmədiyini soruşdum. Rüstəm mənə yenidən cinsi əlaqədə olmağı təklif etdi. Lakin Rüstəmin təklifini qəbul etməyərək, evimi dərhal tərk etməsini tələb etdim. Həmin vaxt hər ikimiz tam çılpaq olmuşuq. Rüstəm qəflətən mənzilin dəhlizində yaxınlaşaraq məni qucaqladı, yerə yıxdı. Mən kürəyi üstə yerə yıxıldım. Yerə yıxılan kimi Rüstəm məni bıçaqla vurmağa başladı. Mən yerdə Rüstəmə müqavimət göstərdim. Həmin vaxt bıçaq Rüstəmin əlindən yerə düşdü. Mən yerdə olan bıçağı əlimə götürdüm və ayağa qalxaraq, qapıya tərəf qaçmaq istəyən zaman ayağım sürüşdü, yerə yıxıldım. Rüstəm evdə olan çəhrayı rəngli dəsmalı götürdü və boğazıma keçirərək boğmağa çalışdı. Daha sonra Rüstəm bıçağı əlimdən alaraq, bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Mən yerdə olan zaman Rüstəmdən məni öldürməməsini xahiş etdim. Lakin Rüstəm sözlərimə məhəl qoymayaraq, hərəkətlərini davam etdirdi. Həmin zaman qışqıraraq kömək istədim. Rüstəm məni buraxdı və qapını açaraq köməyə çağıra-çağıra beşinci mərtəbəyə qalxdım. Qonşular mənə kömək edərək, təcili yardıma məlumat verdilər. Təxminən 10 dəqiqədən sonra təcili yardım stansiyasının həkim briqadası gələrək, məni 3 saylı şəhər kliniki xəstəxanaya apardılar. Xəstəxanada cərrahi əməliyyat olunduqdan sonra həyatım xilas olundu".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəmin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Ona 10 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Dövlət ittihamçısı Rüstəmin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısı tərəfindən verilən protest təmin edilməyib.
Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə kasasiya protesti təmin edilməyib.

Seçilən
33
5
baki.media

5Mənbələr