Arxeoloqların fikrincə, 2000 ildən çox əvvəl romalılar imperiyaya qarşı üsyan etdikdən sonra sakinləri mühasirəyə alınan şəhəri o qədər dağıdıblar ki, təxminən iki əsr ərzində yaşayış olmayıb.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqatçılar eramızdan əvvəl 125-ci ildə dağıdılmadan əvvəl və sonrakı sosial və iqtisadi quruluşunu anlamaq üçün müasir İtaliyada qədim Roma müttəfiqi Fregella şəhərinin qalıqlarını qazıblar.
Bölgənin ən qədim villasında və şəhər xaricindəki Roma hərbi düşərgəsində aparılan son qazıntılar hücumun qədim şəhərin canlılığını o qədər məhv etdiyini göstərir ki, ərazidə 170 ildən çox müddət ərzində yaşayış olmayıb.
Romadan təxminən 100 km məsafədə yerləşən villa eramızdan əvvəl 205-ci ildə Fregellanın mühasirəyə alınmasından 80 il əvvəl tikilib və arxeoloqlar deyirlər ki, bu bölgədə aşkar edilmiş ən qədim strukturdur.
Alimlər romalıların villaya hücumu nəticəsində yaranan dağıntı əlamətlərini, o cümlədən yanğından zədələnmiş təbəqəsini, həmçinin saxsı qab qırıqlarını aşkar ediblər. Onlar deyirlər ki, ərazidə aparılan qazıntılar həmin dövrdə şəhər sakinlərinin kənd həyatı və iqtisadi fəaliyyətləri haqqında yeni təsəvvürlər yaradır. Ərazidən tapılan toxum və bitki qalıqlarının təhlili göstərib ki, qədim villa kompleksində şərab, meyvə və taxıl istehsal edilib.
Tədqiqatçıların fikrincə, şərab təkcə yerli bazar üçün deyil, həm də Aralıq dənizi ticarəti üçün İspaniya və Fransaya qədər satılması nəzərdə tutulub. İndi alimlər şübhələnirlər ki, ərazinin dağıdılması, ehtimal ki, şəhər sakinlərinin dolanışığına zərbə vurmaq məqsədi daşıyıb.
Üsyanın səbəbi bəlli deyil, lakin alimlər bunun müttəfiq şəhər sakinlərinin, xüsusən də torpaq mülkiyyəti sahəsində tam qanuni hüquqlarla tam Roma vətəndaşlığını tələb etmələri ilə əlaqəli ola biləcəyini düşünürlər. Tədqiqatçılar deyirlər ki, qiyam zamanı Roma konsulları xaricdə kampaniya aparıblar.
Leybniz-Zentrum für Arxeologiyasının arxeoloqu Dominik Maşek deyir: "Ciddi dağıntılar regionun bütün iqtisadiyyatına uzunmüddətli ziyan vurub. Bögə zibilxanaya çevrilənə qədər ətraf ərazi 170 ildən çox müddət ərzində yaşayışsız qalıb".
Alimlər qədim şəhərin kənarındakı Roma hərbi düşərgəsinin xarabalıqlarını da qiymətləndiriblər. Mühasirə üçün xüsusi olaraq tikilmiş düşərgənin təxminən 90 ilə 143 metrlik bir ərazini tutduğunu, qala və xəndəklə əhatə olunduğunu aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu dizayn Roma hərbi strategiyasına və mühasirə taktikasına uyğun gəlir.
"Bu yeni məlumat bizim eramızdan əvvəl 125-ci ildə Roma mühasirəsi ilə bağlı mənzərəni ortaya çıxarır", deyə doktor Maşek bildirib.
Lusius Opimiusun rəhbərliyi altında Roma qoşunları Romanın bütün italyan müttəfiqlərinin tam vətəndaşlıq tələb etdiyi zaman - eramızdan əvvəl 91-87-ci illərdə Müttəfiqlər Müharibəsi ilə nəticələnən bir sıra böhranların bir hissəsi olan Latın Fregella şəhərinə hücuma keçib və onu tamamlə məhv edib.
Ən son araşdırmalar Roma kampaniyasının Fregellərə qarşı apardığı dağıntıların miqyasını ortaya qoyur və hücumdan sonra ətrafdakı mədəni mənzərəni sarsıdan dəyişiklikləri göstərir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta