FIFA referisi Elçin Məsiyev yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda Bosniya və Herseqovinada “Borats” və Yunanıstanın “Panatinaikos” komandaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.
Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Millo olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta