Hakimlər Komitəsinin yeni sədri Frank de Bleker azərbaycanlı hakimlərin işindən narazıdı. Sport24.az-ın əldə etdiyi məlumata görə, belçikalı funksioner son toplantıda ədalət təmsilçilərinə ciddi xəbərdarlıq edib.
Komitə sədri xüsusilə də FİFA referisi statusu daşıyan Elçin Məsiyevin idarəçiliyindən məmnun deyil. Onun ard-arda səhvlərə yol verməsi belçikalını özündən çıxarıb. Məsiyevin istər meydanda, istərsə də VAR-da xətalara yol verməsi belçikalının səbr kasasını daşdırıb.
Qeyd edək ki, Məsiyev VIII tur çərçivəsində baş tutan "Neftçi" – "Sumqayıt" matçında VAR hakimi, ondan əvvəlki həftədə isə "Turan Tovuz" – "Araz-Naxçıvan" qarşılaşmasında isə əsas hakim kimi iş başında olub. FİFA referisi hər iki oyunda mübahisəli qərarlarla yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta