Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərəcək.
Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.