AZ

"Lənkəran"da ayrılıq, "Ordu"dan növbəti transfer - RƏSMİ

“Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb.

Prosport.Az xəbər verir ki, türkiyəli Çınar Çakmakın zədə səbəbindən bu mövsüm komandaya kömək edə bilməyəcəyi bəlli olub. Bu səbəbdən 18 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

193 sm boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.

Yeni mövsümə hazırlığı davam etdirən "Ordu" isə növbəti transferini reallaşdırıb. Əli Həsənov heyətə cəlb edilib. Basketbolçunun sonuncu klubu “Xırdalan” komandası olub. Boyu 188 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Ordu” klubu daha öncə Roki Blanko, Jamaure Qreqq, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Qriffin, İsah Pope, Səid İsmayılov, Əlibəy Məmmədli, Jaylen Tomas və Vladimir Markovetski ilə müqavilə bağlayıb.

Seçilən
78
5
prosport.az

7Mənbələr