AZ

Misilsiz xidmət nümunəsi - Gülbəniz Babaxanlı

Muzeydə “27 sentyabr – Anım günü"Hüseyn Cavidin Ev Muzeyində “27 sentyabr – Anım günü” münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, həmçinin II Qarabağ – Vətən müharibəsi zamanı şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq bildirdi ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamış, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə igid oğullarımız qəhrəmancasına döyüşüb. Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırıb. Bu gün ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik, ruhları önündə baş əyirik.Daha sonra tədbiri muzeyin əməkdaşı Nuranə Nərimanova davam etdirdi.Tədbirin sonunda Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və foto materiallardan ibarət sərgi təqdim olundu.Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlıdır.Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gülbəniz Babaxanlı Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.Gülbəniz Babaxanlı Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Gülbəniz Babaxanlının diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Gülbəniz Babaxanlı səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.Ona etibar edilən bütün işlərdə Gülbəniz Babaxanlı özünü doğruldub. Bizdə hörmətli Gülbəniz Babaxanlını dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Seçilən
77
patriot.az

1Mənbələr