AZ

“Sərhədsiz Reportyorlar” Rusiyanın qlobal dezinformasiya təbliğatını monitorinq edəcək

Yayımlandı: 1 Oktyabr 2024 15:13 Artıq Fransa, Serbiya və Latın Amerikası ölkələrində Rusiya təbliğatı ilə bağlı araşdırmalar dərc edilib Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq təşkilatı “Təbliğat monitoru” (“The Propaganda Monitor”) layihəsinə başlayır. Bu barədə “Sərhədsiz Reportyorlar”ın saytında məlumat yerləşdirilib. “Təbliğat Monitoru”nun birinci mövsümü Rusiya təbliğatına, xüsusilə də Kremlin dezinformasiya yayma məsələsində əsas rol oynayan “RT” telekanalına xüsusi diqqət yetiriləcək. “Sərhədsiz Reportyorlar”ın baş direktoru Tibo Brutten bildirib ki, onlar jurnalist adı altında dezinformasiyanın yayılması ilə mübarizə üzrə işini davam etdirməyə sadiqdirlər. Qeyd olunub ki, əvvəllər dərc olunmamış araşdırmalar, mühüm müsahibələr və nəşrlərlə yenilənən veb-interfeysdə təqdim olunacaq. Artıq platformada “RT” telekanalının Avropa İttifaqı sanksiyalarından yan keçərək Fransada, Serbiyada, Latın Amerikası ölkələrində Rusiya təbliğatı ilə bağlı taktikası haqqında araşdırmalar təqdim olunub. “RT” telekanalı 2005-ci ildə yaradılıb. Meydan TV

Seçilən
76
xural.com

1Mənbələr