AZ

Süni zəka səs vasitəsilə şəkərli diabeti təyin etməyi öyrənib

     Lüksemburq Universitetinin alimləri ikinci tip şəkərli diabet xəstəliyinin yeni təyini üsulunu təklif ediblər. Qeyd etmək lazımdır ki, bu şəkərli diabet növü diaqnozu qan analizi nəticələri və pasientin ümumi vəziyyəti əsasında təyin edilir. Lakin süni zəka imkanları vasitəsilə bu xəstəliyin gözlənilməz diaqnostika üsulu hazırlanıb. Alimlər belə bir təcrübə aparıblar. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən və tamamilə sağlam olan şəxslərdən təşkil edilmiş 607 nəfərlik qrupda hər bir şəxsin səs nümunəsi əldə edilib. Səs nümunəsi həmin şəxslərin 25 saniyə ərzində müəyyən mətni oxumaları zamanı əldə edilib.     Nəticədə xüsusi olaraq hazırlanmış süni zəka sistemi əldə edilmiş səs nümunələrində intensivliyi, səs tonunu və səsin nə dərəcədə yüksək olduğunu analiz edərək şəxslərin cinsləri, çəkiləri və digər bəzi fiziki göstəriciləri nəzərə alınmaqla onlar arasında kimlərin şəkərli diabetdən əziyyət çəkdiklərini, kimlərin isə sağlam olduqlarını təyin etməyə çalışıb. Süni zəka tərəfindən təqdim edilmiş nəticələr alimləri təəccübləndiriblər. Belə ki, süni zəka qadınların 66%-də, kişilərin isə 71%-də şəkərli diabet xəstəliyini düzgün şəkildə təyin edə bilib. Süni zəka ilə nitq əsaslı texnologiyaların birləşimi belə mövzularda testləri daha əlçatan edə bilər. Aparılmış bu təcrübə səs analizi üsulunun, 2-ci tip şəkərli diabet xəstəliyinin təyinində istifadəsi üzrə ilk addımdır

Seçilən
112
technote.az

1Mənbələr