İranda silahlı hücum - SEPAH komandiri öldürüldü
Bu gün İranda terror aktı törədilib.“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, naməlum şəxslərin Sistan və Bəlucistan vilayətində silahlı hücumu nəticəsində 6 nəfər həlak olub.Ölənlərdən birinin vilayətin Nikşəhr bölgəsində yerləşən Bent şəhərinin SEPAH komandiri Parviz Kadxodaei olması bildirilir. Onunla yanaşı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan 2 əsgər və daha 2 nəfər də həyatını itirib.Hadisənin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.
Xəbərin oxunma sayı :
10
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta