Bu gün Bərdə rayonunda vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz, polkovnik-leytenant Qəmbərov Mehman Nəriman oğlu və Behbudlu Beyhbud Rübail oğlunun şəhidliklərinin 4-cü il dönümü münasibətilə anım mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərin ailə üzvləri, digər şəhid ailələri, qazilər, Bərdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AzQMƏVŞAİB) Bərdə filialının sədri Etibar Hüseynova iştirak ediblər. Mərasim zamanı şəhidlərimizin məzarları və ailələri ziyarət olunmuş, onların əziz xatirələri böyük hörmət və ehtiramla anılmışdır.
Anım mərasimini Bərdə “Cümə” Məscidinin Axundu Hacı Ramazan Hüseynov idarə etmiş və mərasimin əvvəlində və sonunda şəhidlərin ruhuna dualar oxumuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.