“Hacıyev Nofəl Əhməd oğlu barəsində cinayət işi üzrə istintaq aparan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin (KQMBİ) mühüm işlər üzrə müstəntiqi Hikmət Mahmudovun vəsatəti və adıçəkilən idarənin rəisi Nazim Rəcəbovun təqdimatına əsasən, Binəqədi Rayon Məhkəməsinin 23.09.2022-ci il tarixli qərarı ilə, Nabran qəsəbəsisində yerləşən, Qədəşov Tahir Ərziman oğluna məxsus olması göstərilən “Atlant” istirahət mərkəzinin üzərinə əsassız və qanunsuz olaraq həbs qoyulub”.Bu barədə T.Qədəşovun qızı Elnarə Qədəşovanın Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, spiker Sahibə Qafqarovaya media vasitəsi ilə ünvanladığı müraciətdə bildirilir.Qeyd olunur ki, əmlakın üzərinə həbs qoyulması barədə vəsatət və təqdimat verildiyi, məhkəmə qərarı qəbul edildiyi vaxtdan düz 1 il 4 ay 15 gün əvvəl “Atlant” istirahət mərkəzi “Atlant” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməklə, təsisçilər və nizamnamə kapitalında səhmlərin 100 faizi Elnarə Qədəşovaya notariat qaydada bağışlanmaqla, 3 saylı Ərazi Vergilər İdarəsində adına qeydiyyata alınıb. Bununla bağlı ona 05.05.2022-ci il tarixdə “Çıxarış” verilib.Şikayətçi vurğulayır ki, MMC-nin üzərinə həbs qoyulması barədə Binəqədi Rayon Məhkəməsinin qərarı qəsdən gizlədilib, MMC-yə göndərilməyib, ona məlumat verilməyib, nəticədə qərardan şikayət vermək hüququ pozulub: “Qərardan 2 ay yarım sonra şifahi xəbər tutub, verdiyim apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində ətraflı araşdırılmadan rədd edilib. Çox təəssüf edirəm ki, bu məsələdə Apellyasiya Məhkəməsinin qərarından şikayət vermək hüququ nəzərdə tutulmayıb”.E.Qədəşova müraciətində xatırladır ki, hələ 7 dekabr 2006-cı il tarixdə Prezident İlham Əliyev “Atlant” istirahət mərkəzində olaraq onunla tanış olub, “Atlant”-da yay istirahəti ilə bağlı filmə baxıb. Onun sözlərinə görə, ölkə başçısı Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirərək, turizmin inkişafı üçün ölkəmizdə hər cür potensialın olduğunu, istirahət mərkəzinin genişləndirilməsinin zəruriliyini bildirib, turizmin inkişafı üçün səylərin daha da artırılmasını tövsiyə edib.E.Qədəşova bildirir ki, Prezident “Atlant”-ın yaradıcısı Tahir Qədəşovu 2017-ci ildə Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.Şikayətçi vurğulayır ki, bu iki fakt “Atlant” MMC-nin əmlakının Hacıyev Nofəl Əhməd oğlu barəsində istintaq olunan 222026140 nömrəli cinayət işinə heç bir aidiyyəti yoxdur: “Tam sübut olunub ki, Nofəl Hacıyevin hazırda araşdırılan əməlləri 2017-ci ildən sonrakı dövrləri əhatə edir. Demokratik, hüquqi, dünyəvi respublika olan Azərbaycan dövlətində bir sıra dövlət orqanlarının və onların vəzifəli şəxslərinin mənə qarşı bu davranışlarını özbaşınalıq kimi qiymətləndirirəm”.E.Qədəşovanın sözlərinə görə, əmlakının üzərinə həbs qoyulması onun konstitusion hüquqlarını pozur:“Konstitusiyanın 13-cü (Mülkiyyət) maddəsində yazılır:“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.29-cu (Mülkiyyət hüququ) maddəsində qeyd olunur:“I. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.Şikayətçi vurğulayır ki, onun qeyd olunan hüquqları məhdudlaşdırılıb, qadın sahibkar kimi fəaliyyətini həyata keçirməyə maneçilik törədilir. Elnarə Qədəşova ölkə rəhbərliyinə müraciətində pozulan digər konstitusoin hüquqlarını da sadalayaraq yazır: “Göstərilənləri nəzərə alaraq, məsələnin nəzarətə götürülməsini, hüququn aliliyini və mənim Konstitusiya və qanunlarımızda təsbit olunmuş hüquqlarımı təmin etmək, əmlakımın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi üçün zəruri tədbirlərin görülməsini Sizdən xahiş edirəm”.“AzPolitika.info”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta