AZ

Cüdoçularımız dünya çempionatında 1/4 finala yüksəliblər

Düşənbədə gənc cüdoçular arasında dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, çempionatın ilk günündə millimizin 6 idmançısı 4 çəki dərəcəsində mübarizə aparır.
 
60 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov 1/16 finalda türkmənistanlı Meken Ramazanovu məğlub edib. İmranov 1/8 finalda Kolumbiya təmsilçisi Pino Balbini udub. Cüdoçu növbəti mərhələdə Vladimir Ulyanovla (İJF) münasibətinə aydınlıq gətirəcək.
 
66 kqMəhəmməd Musayev 1/16 finalda Litva təmsilçisi Simas Polikeviçusla mübarizədən qalib ayrılıb. Növbəti mərhələdə Hyeonsu Yunu (C.Koreya) məğlub edib. Musayev 1/4 finalda yaponiyalı Kairi Kentoku ilə üz-üzə gələcək.
 
48 kqKönül Əliyeva 1/16 finalda belçikalı Viktoriya Sibilleni məğlub etsə də, növbəti mərhələdə Kristina Dudinaya (İJF) uduzub.
 
52 kqİlk mərhələdə mübarizəyə başlayan Xədicə Qədəşova türkmənistanlı Maya Nuritdinova üzərində qələbə çalıb. O, növbəti mərhələdə Kayrat Ayauylumla (Qazaxıstan) qarşılaşıb və bu görüşü də aktivinə yazıb.
 

Seçilən
73
sport24.az

1Mənbələr