Transfer çalışmalarını davam etdirən "Xankəndi" komandası daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, "Neftçi", MOİK və "Şahdağ" (Qusar) klublarının şərəfini qorumuş Ruzigar İbrahimzadə bundan sonra debütantın uğurları üçün çalışacaq.
Yarımmüdafiəçi mövqeyində çıxış edən İbrahimzadə 14-16 yaşlarında İspaniyanın Barselona şəhərində yerləşən "Fundacion Marcet" Futbol Akademiyasında təhsil alıb və Kataloniya çempionu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta