AZ

Azərbaycan Metrologiya İnstitutu - MƏHKƏMƏYƏ VERİLDİ

Azərbaycan Metrologiya İnstitutu yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 339.1-ci  maddəsinə görə  nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Seçilən
63
3
fed.az

10Mənbələr