AZ

Harris: Ukraynanın iştirakı olmadan Putinlə danışıqlara hazır deyiləm...

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, prezident kimi o, Ukrayna tərəfinin iştirakı olmadan Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcək...

Poliqon xəbər verir ki, Demokratların prezident vəzifəsinə namizədi bu barədə CBS telekanalına açıqlamasında bildirib. Vitse-prezident qeyd edibki, Ukrayna “öz gələcəyində söz sahibi olmalıdır”.

“Ukraynasız ikitərəfli göürşə hazır deyiləm. Ukrayna öz gələcəyi ilə bağlı sözünü deməlidir”, deyə Harris CBS jurnalistinin Ukrayna haqqında danışmaq üçün Vladimir Putinlə görüşməyə hazır olması ilə bağlı sualını cavablandırıarakən deyib.

Qeyd edək ki, aqvqustun əvvəlində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, vitse-prezident Kamala Harris 2022-ci il fevralın 24-də hərbi əməliyyatın başlamasına üç gün qalmış Vladimir Putinlə əlaqə saxlayıb. Trampın nun sözlərinə görə, Harris müharibə başlamasın, deyə Putinlə görüşə göndərilib. Kamala Harris Donald Trampın açıqlamalarını yalan adlandırıb.

Poliqon.info

Seçilən
98
50
poliqon.info

10Mənbələr