AZ

Bakı sakinlərinin nəzərinə - bu suları içməyin!

"Son illər Azərbaycanda, xüsusən də Bakıda əhali suyun keyfiyyətindən və dadından şikayətlənir. Vəziyyət o həddə çatıb ki, ya su filtirlərindən istifadə edir, ya da marketlərdən alınan suya üstünlük veririk. Problemin digər tərəfi də budur ki, marketlərdən aldığımız bəzi markalı sular da ürəyimizcə olmur, hətta xoşagəlməz tamın gəldiyinin şahidi oluruq". 

Bu sözləri News24.az-a açıqlamasında ekspert Rafiq Mahmudov deyib. Onun sözlərinə görə, suyun keyfiyyəti ilə bağlı şikayətlər həmişə və dünyanın hər bir yerində var: "Ancaq hazırda problemin bir hissəsi bəzi su şirkətlərində və mağazalardadır. Filtir aparatlarına xüsusi nəzarət olunmalıdır. Gün ərzində 2 tondan çox suyu tənzimləyən aparatlara qulluq vaxtı-vaxtında olunmalıdır. Əgər qulluq vaxtında olmazsa fəsadları daha böyük ola bilər. Texnologiya əbədi deyil, standartlarında qulluq vaxtı qeyd edilir. Filtir aparatlarının süzgəcləri tez sıradan çıxır, çünki suyun içindəki qırıntılar buna zəmin yaradır. Digər məsələ isə mağazalarla bağlıdır. Plastik qablarda olan suları günlərlə günün altında saxlamaq, tempraturunu tez-tez dəyişdiyi yerlərə qoymaq olmaz, bu, suyun keyfiyyətini aşağı salan amillərdən biridir. Suyun saxlama müddəti var, müddətdən artıq saxlanıldıqda təbii ki, zərər verəcək. Yaxşı olardı ki, insanlar tanınmış su markalarına üstünlük versinlər, bundan başqa müntəzəm olaraq mütəxəssis və həkimlərdən tövsiyyə alsınlar. Evdəki su filtirlərinin də sazlığını müntəzəm şəkildə yoxlamağı vətəndaşlar unutmasınlar”.

Ağa


Seçilən
81
24
news24.az

10Mənbələr