AZ

Hakan Fidan: "3+3" platformasının növbəti iclası İstanbulda keçiriləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"3+3" regional platformasının üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək"
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyadan olan həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - deyə H.Fidan vurğulayıb.
Məlumat üçün əlavə edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib.
Seçilən
71
30
oxu.az

10Mənbələr